BAKI, 17 mart — Sputnik. Azərbaycanda son sutkada 840 (martın 16-da 980) nəfərdə COVID-19 infeksiyasına yoluxma aşkarlanıb, 268 (martın 16-da 309) nəfər isə müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumatda deyilir.
Analiz nümunələri müsbət çıxan 9 (martın 16-da 12) nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 242 491 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 638 nəfər müalicə olunaraq sağalıb, 3 307 nəfər vəfat edib, aktiv xəstə sayı 7546-dır.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 023, bu günə qədər isə ümumilikdə 2 736 493 test icra olunub.