QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rey Kərimoğlu: "Bir nişanə də qalmayıb ki..."

© Sputnik / Emin AlisahibRey Kərimoğlu
Rey Kərimoğlu - Sputnik Azərbaycan, 1920, 15.03.2021
Abunə olmaq
"Hansı məkana ayaq basdımsa, hansı küçəyə yol aldımsa, hansı yerdə xatirələrimin ünvanını axtardımsa, inanın, heç nə tapmadım".

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. Ağdam rayonunun Şıxbabalı kəndindən olan Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu Ağdama səfər edənlər arasında olub. O doğma yurdunun viran edilməsini öz gözləriylə görüb və bunun dəhşət olduğunu bildirib: “İnanın, o qədər ağırdır ki, doğma yurdunu, xatirələrinin qanad açdığı bir məkanı bu halda görmək. 

Aqil Abbas  - Sputnik Azərbaycan, 1920, 15.03.2021
QARABAĞ
Millət vəkili: "Anamla qardaşımın qəbrini tapa bilmədim"
Biz bu torpaqda ilk addımlarımızı atmışıq. O qədər xatirələrim var ki, onların arxasınca gəlmişdim. Təəssüf ki, heç birini tapa bilmədim. Hansı məkana ayaq basdımsa, hansı küçəyə yol aldımsa, hansı yerdə xatirələrimin ünvanını axtardımsa, inanın, heç nə tapmadım. Bir nişanə də qalmayıb ki, orada ürəyinin acısını çıxaracaq qədər düşünə biləsən. Bu dəhşət, bu vandallıq insan ağlına gəlmir”.

Rey Kərimoğlu Ağdama səfərin acı dolu olması ilə yanaşı, həm də qürurverici olduğunu bildirdi: “Ağdama gəlib çatana qədər ürəyim az qala ağzımdan çıxırdı. Amma Uzundərəni görəndən sonra başqa bir hiss yaşadım. Çox xoşbəxtəm. Çox sevincliyəm ki, buradayam. Bu hisslər möhtəşəmdir. Baxmayaraq ki, yurdu xaraba qalmış bir elin övladıyam. Amma qürurlanıram ki, Ağdamdayam”. 

Qeyd edək ki, səfər Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilib. Media orqanları və QHT-lərin rəhbərlərini, blogerləri və ictimai fəalları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Xəbər lenti
0