CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyə Azərbaycandan təbii qaz idxalını artırıb

© AFP 2024 / RODGER BOSCHГазовое месторождение, фото из архива
Газовое месторождение, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.02.2021
Abunə olmaq
Azərbaycan dekabrda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci yerdə (birinci sırada Rusiya - 2,94 milyard kubmetr) qərarlaşıb

BAKI, 24 fevral — Sputnik. Ötən ilin dekabr ayında Türkiyə Azərbaycandan 1,1 milyard kubmetrdən çox təbii qaz idxal edib.

Газовая конфорка, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.02.2021
CƏMİYYƏT
Qazın verilişində artım olub

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, dekabrda Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi noyabrla müqayisədə 102 milyon kubmetr artıb. Azərbaycan dekabrda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci yerdə (birinci sırada Rusiya - 2,94 milyard kubmetr) qərarlaşıb.

2020-ci ildə ölkəmizdən Türkiyəyə 11,1 milyard kubmetr (4,7 milyard kubmetri TANAP, qalanı isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə), Avropaya 0,01 milyard kubmetr (bu həcm boru kəmərinə sınaq məqsədilə vurulub) qaz göndərilib. Keçən il Azərbaycandan xaricə qaz satışı 13,5 milyard kubmetr təşkil edib. Əvvəlki illə müqayisədə qaz satışı 1,8 milyard kubmetr, yəni 15,6 faiz çox olub.

 

Xəbər lenti
0