BAKI, 19 fevral — Sputnik. 2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu başa çatıb. Sputnik Azərbaycan-ın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, sənəd qəbulunun vaxtı bu gün saat 10:00-da bitib.
Ümumilikdə ərizəsini təsdiq edən bakalavrların sayı 19764 olub, onlardan 18026-sı Azərbaycan, 1738-i rus bölməsindəndir.
Qeyd edək ki, DİM fevralın 9-dan 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu elan edib.
Xatırladaq ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-də keçiriləcək. Magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.