Azərbaycanda koronavirusa yoluxma sayı yenə artdı

© Sputnik / Murad OrujovBakıda klinikaların birində koronavirus testi
Bakıda klinikaların birində koronavirus testi - Sputnik Azərbaycan, 1920, 17.02.2021
Abunə olmaq
İndiyədək ölkədə ümumilikdə 232 491 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 116 nəfər müalicə olunaraq sağalıb, 3 187 nəfər vəfat edib.

BAKI, 17 fevral — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 154 yeni yoluxma faktı qeydə alınıb, 165 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 232 491 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 116 nəfər müalicə olunaraq sağalıb, 3 187 nəfər vəfat edib.

Hazırda 2 188 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 758 , bu günə qədər isə ümumilikdə 2 521 394 test icra olunub.

Xatırladaq ki, ötən gün Azərbaycanda koronavirus infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınmışdı.

Xəbər lenti
0