Xəzərdə dalğalar şahə qalxdı - Bu gün hava necə olacaq?

© AFP 2024 / Glyn Kirk Волны у маяка во время урагана
 Волны у маяка во время урагана - Sputnik Azərbaycan, 1920, 17.02.2021
Abunə olmaq
Fevralın 17-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində bəzi yerlərə yağış, Qrız, Qusar, Gədəbəy, Şahdağ, Daşkəsənə qar yağıb.

 

BAKI, 17 fevral — Sputnik. Fevralın 17-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində bəzi yerlərə yağış, Qrız, Qusar, Gədəbəy, Şahdağ, Daşkəsənə qar yağıb. Sputnik Azərbaycan-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağışın miqdarı Mingəçevirdə 9, Biləsuvarda 6, İmişlidə 5, Lənkəranda 4, Ceyrançöl, Göyçayda 3, Şəmkir, Tovuz, Şəki, Mərəzə, Tərtər, Zərdab, Kürdəmir, Yardımlı, Lerik, Şahdağ, Astarada 2, Ağdərə (Ordubad), Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Ağdam, Balakən, Zaqatala, Quba, Kişçay (Şəki), Neftçala, Cəfərxan, Sabirabad, Beyləqan, Bərdədə 1 mm, Bakı, Binə, Sumqayıtda 1 mm-dək olub.

Şimal-qərb küləyinin sürəti Xınalıqda 28, Tərtərdə 23, Naftalan, Neftçalada 20, Salyanda 18, Qrızda 16, Abşeron yarımadası və Bakıda 17, Pirallahı, Çilov adası, Neft Daşlarında 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,8 metrə çatıb.

Xəbər lenti
0