CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaricdən it-pişik və avtomobillə Azərbaycana gəlmək istəyənlər üçün qəliz qaydalar

© AP Photo / Pavel GolovkinСобака в аэропорту, фото из архива
Собака в аэропорту, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.02.2021
Abunə olmaq
Quru yolla, öz şəxsi avtomobili ilə Azərbaycana gələn şəxslər gömrük-keçid məntəqəsində nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi qiymətinə yaxın bir məbləğdə depozit qoymalıdırlar.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 fevral — Sputnik. Koronavirus pandemiyası dövründə digər ölkələrdən Azərbaycana gəlmək istəyən şəxslərdən karantin qaydalarına əməl etmək tələb olunur. Elə xarici ölkə vətəndaşlarını da səfər edərkən maraqlandıran əsas məsələlərdən biri getdikləri ölkədə pandemiya dövründə tələb edilən qaydaların nələrdən ibarət olmasıdır. Sputnik Azərbaycan sərhəd və gömrük-keçid məntəqələrində digər ölkə vətəndaşlarından öz şəxsi avtomobilləri ilə gəldikdə, quru və hava yollu ilə ev heyvanlarını gətirdikdə hansı sənədlərin tələb edildiyini araşdırıb.

Dövlət Gömrük Komitəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, quru yolla Azərbaycana gələn digər ölkə vətəndaşları özləri ilə ev heyvanları gətirdikdə, mütləq həmin heyvanların pasportlarını, baytar müayinəsindən keçdiyini təsdiqləyən sənədləri də gömrük keçid məntəqəsində təqdim etməlidirlər. Gömrüyə təqdim olunan bütün sənədlər Azərbaycan dilində olmalıdır.

Əgər Azərbaycana digər ölkələrdən gələn şəxslər hava yolundan istifadə etdikdə özləri ilə birgə ev heyvanlarını da gətirirlərsə, bunun üçün də müəyyən qaydalardan məlumatlı olmalıdırlar.

AZAL-dan Agentliyə bildiriblər ki, hal-hazırda heyvanlar yalnız baqaj bölməsindən daşına bilər:

"Heyvanın reysə qeydiyyatdan keçirilməsi üçün uçuşa azı 24 saat qalmışa qədər sənədlər callcenter@azal.az ünvanına göndərilməlidir. Tələb olunan sənədlər bunlardır: 1) ev heyvanınızın pasportu və bütün peyvəndlərin qeydi; 2) baytar həkiminin arayışı. Həmçinin aviabiletin nömrəsi, qəfəsin ölçüləri, ev heyvanının qəfəslə birlikdə çəkisi, cinsi və yaşı qeyd edilməlidir. Yuxarıda göstərilən məlumatları aldıqdan sonra biz daşımanı təsdiq edə bilərik".

Quru yolla, öz şəxsi avtomobili ilə Azərbaycana gələn şəxslər gömrük-keçid məntəqəsində nəqliyyat vasitələrinə görə müəyyən məbləğdə depozit də qoymalıdırlar:

"Gömrükdə qoyulan depozit nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi qiymətinə yaxın bir məbləğ olur. Ölkədən çıxışda bu depozit həmin şəxsin özünə qaytarılır".

Onu da xatırladaq ki, quru yolla Azərbaycana digər ölkələrdən gələn vətəndaşlar Nazirlər Kabinetinə onlayn qaydada məktub yazmalı, Azərbaycana gəlmə səbəbini qeyd etməlidir. Bundan sonra həmin şəxsin müraciətinə baxılaraq cavab verilir.

Xəbər lenti
0