BAKI, 5 fevral - Sputnik. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") 8 fevral tarixindən etibarən Azərbaycanın 28 müəssisəsinə Rusiyaya alma tədarükünə qoyulan məhdudiyyətləri ləğv edir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Rosselxoznadzor"un açıqlamasında bildirilir.
Məlumatda qeyd olunur ki, fevralın 4-də videokonfrans formatında "Rosselxoznadzor"la Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri arasında danışıqlar keçirilib.
Rosselxoznadzor bildirib ki, aparılan videokonfrans da nəzərə alınmaqla Azərbaycanın səlahiyyətli İdarəsindən əldə edilən məlumatlar əsasında fevralın 8-dən 28 müəssisədən Rusiyaya almaların gətirilməsinə icazə verir.
Bundan əvvəl sözügedən icazə Azərbaycanın 10 müəssisəsinə verilmişdi. Beləliklə, hazırda 38 Azərbaycan şirkətinin Rusiyaya alma ixrac etməyə icazəsi mövcuddur.