Dövlət Xidməti təkzib verdi: Kamil Zeynallını heç bir medalla təltif etməmişik

© Photo : Instagram / kamilzeynalli Kamil Zeynallı, arxiv şəkli
 Kamil Zeynallı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.02.2021
Abunə olmaq
Füzuli İsmayılov: "Həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafatla təltif edilməyib"

BAKI, 5 fevral - Sputnik. Kamil Zeynallı adlı vətəndaşın Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən təltif olunması barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Füzuli İsmayılov öz Facebook hesabında məlumat yayıb. 

"Bəzi sosial şəbəkə hesablarında və xəbər saytlarında Kamil Zeynallı adlı vətəndaşın Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən təltif olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. Bildiririk ki, həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafatla təltif edilməmişdir", - İsmayılov bildirib. 

Qeyd edək ki, idmançı və bloger Kamil Zeynallı ötən gün öz Facebook hesabında iki medala layiq görüldüyü barədə məlumat yayıb. 

Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimova və onun birinci müavini general-mayor Mayıl Şahverdiyevə təşəkkür edən idmançı "Milli Ordu - 100" və "Vətən naminə" medallarıyla təltif olunduğunu bildirib. O, həmçinin yazıb ki, etdiyi yardımlara görə layiq görüldüyü medalları sabah (bu gün) ona təqdim edəcəklər. 

Kamil Zeynallı hazırda sözügedən statusunu silib. 

Xəbər lenti
0