Rəsmi Moskva Vaşinqtona qəti etiraz bildirdi

© AFP 2024 / DIMITAR DILKOFFМосква, фото из архива
Москва, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ səfirinin diqqətinə çatdırılıb ki, Rusiya tərəfi bu materialları, həmçinin ABŞ Dövlət Departamentinin bəyanatını bizim ölkəmizin daxili işlərinə birbaşa müdaxilə kimi dəyərləndirir.

BAKI, 25 yanvar — Sputnik. Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov Birləşmiş Ştatların Rusiyadakı səfiri Con Sallivanla səfirliyin sosial şəbəkədə paylaşdığı postlarla bağlı görüşüb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ səfiri Con Sallivanla söhbət edib, ABŞ tərəfinə ABŞ-ın Rusiyadakı səfirliyinin sosial şəbəkələrdə və internet resurslarda Rusiyanın bir sıra şəhərlərində qanunsuz aksiyalara dəstək postlarının yayılması ilə bağlı qəti etiraz bildirilib. ABŞ səfirinin diqqətinə çatdırılıb ki, Rusiya tərəfi bu materialları, həmçinin ABŞ Dövlət Departamentinin bəyanatını bizim ölkəmizin daxili işlərinə birbaşa müdaxilə kimi dəyərləndirir", - deyə Zaxarova qeyd edib.

 

Xəbər lenti
0