BAKI, 24 yanvar - Sputnik. Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Comərd kəndindən videogörüntülər hazırlayıb.
Qeyd edək ki, Comərd kəndi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Azərbaycanın Kəlbəcər rayonu və onun kəndləri Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 9 noyabrda qəbul etdiyi üçtərəfli bəyanatın şərtlərinə əsasən, 2020-ci il noyabrın 25-də işğaldan azad edilib.
Sputnik Azərbaycan Comərd kəndinin yeni videogörüntülərini təqdim edir.