BAKI, 22 yanvar — Sputnik. Azərbaycanda sentyabr ayından bu günədək koronavirusa yoluxmuş müəllim və şagird kontinentinin sayı açıqlanıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə təhsil nazirinin müşaviri Rüstəm Ağayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən brifinqdə məlumat verib. O bildirib ki, sentyabr ayından indiyədək 14 758 nəfər şagird koronavirusa yoluxub. Təhsil işçiləri arasında yoluxma sayı isə 7090 olub. I-IV siniflərin arasında yoluxan şagirdlərin sayı 2246 idi. Bu da ümumi virusa yoluxan şagirdlərin cəmi 15%-dir. V-IX siniflərdə 4411, X-XI 7525 olub. Bu da ümumi şagirdlərin 51%-dir" .
Onun sözlərinə görə, yanvar ayının 1-də virusa yoluxan şagirdlərin sayı 20 nəfər olubsa, təhsil işçiləri arasında bu rəqəm həmin dövrdə 5 nəfər təşkil edib.