Türkiyə səfiri Azərbaycandan gedəcəyi vaxtı açıqladı

© Sputnik / Irade JELILTürkiyənin Azərbaycandakı səfiri Erkan Özoral
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral  - Sputnik Azərbaycan
Abunə olmaq
Özoral bildirib ki, Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı öz hesablarına Şuşada Üzeyir Hacıbəyli adına məktəb inşası ilə bağlı təkliflə çıxış edib.

BAKI, 20 yanvar — Sputnik. "Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamına qədər fəaliyyətimi davam etdirəcəyəm". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

O qeyd edib ki, Azərbaycana yeni səfir təyinatı bəlli olsa da, sərəncam hələ imzalanmayıb: "Təyinat təsdiqlənənə qədər vəzifəmi yerinə yetirəcəyəm".

Səfir, həmçinin qeyd edib ki, Azərbaycanın torpaqları işğaldan azad edildikdən sonra Türkiyədən Azərbaycana bir çox qurum və təşkilat tərəfindən dəstək təklifləri gəlir.

Özoral bildirib ki, Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının Şuşada Üzeyir Hacıbəyli adına öz hesablarına məktəb inşası ilə bağlı təklifi də bu qəbildəndir: "Azərbaycan Prezidenti İlham Əliyev uyğun gördüyü təqdirdə hörmətli Bağçalının istəyi də hər halda həyata keçiriləcək. Türkiyədə çox sayda təşkilat və qurumlarımız hər cür dəstək göstərmək üçün hazırdırlar".

Xəbər lenti
0