CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müdafiə Nazirliyi vətəndaşlara müraciət etdi

© AR Ministry of DefenceSəfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya - Sputnik Azərbaycan
Abunə olmaq
Zakir Həsənovun əmri ilə yaradılmış komissiyaya “veteran adı” və yaxud “veteran kitabçasının” verilməsi səlahiyyəti verilməyib.

BAKI, 17 yanvar - Sputnik. “Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə yaradılmış komissiyaya “veteran adı” və yaxud “veteran kitabçasının” verilməsi səlahiyyəti verilməyib”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

“Buna görə də vətəndaşlarımızdan xahiş edirik ki, bu məsələ ilə əlaqədar müraciət etməsinlər”, - nazirlik rəsmisi bildirib.

Xəbər lenti
0