Prezident və Birinci xanım Şuşaya getdi

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Şuşada
Prezident İlham Əliyev Şuşada - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Prezident İlham Əliyevlə Şuşaya səfəri barədə video paylaşıb.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva işğaldan azad edilmiş Şuşa şəhərinə səfər ediblər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Mehriban Əliyeva sosial şəbəkə hesabında video paylaşıb.

"Səhər tezdən yola çıxmışıq, istiqamət Şuşa şəhəri", - deyə Prezident idarə etdiyi avtomobilin sükanı arxasında bildirib. 

Xatırladaq ki, 1992-ci il mayın 8-dən 9-a keçən gecə erməni silahlı birləşmələri Şuşa şəhərini işğal edib. 8 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən şəhər işğaldan azad edilib. Bu, Azərbaycan rəhbərliyinin 28 il ərzində Şuşaya ilk səfəridir.

Xəbər lenti
0