SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanla Pakistan saziş imzaladılar

© Photo : Ministry of Foreign Affairs (Azerbaijan)Görüş
Görüş - Sputnik Azərbaycan
Abunə olmaq
İki ölkə arasında mövcud olan tarixi və mədəni əlaqələri vurğulayan tərəflər, inkişaf etməkdə olan əməkdaşlıq münasibətləri, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində sərgilənən qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

 

BAKI, 14 yanvar — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması münasibətilə təbriklərini ifadə edən Pakistan naziri ölkəsinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini hər zaman dəstəklədiyini vurğulayıb.

Истребитель МиГ-29 ВВС Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Azərbaycan ordunun döyüş qabiliyyətini gücləndirmək üçün yeni müzakirələr aparır

Nazir Ceyhun Bayramov Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu və Vətən müharibəsi dövründə Pakistan tərəfindən bütün səviyyələrdə, xüsusilə də Pakistan xalqı tərəfindən nümayiş etdirilən birmənalı dəstəyi məmnunluqla qeyd edib.

İki ölkə arasında mövcud olan tarixi və mədəni əlaqələri vurğulayan tərəflər, inkişaf etməkdə olan əməkdaşlıq münasibətləri, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində sərgilənən qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

Azərbaycan və Pakistan arasında yüksək səviyyəli səfər mübadilələrinin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyi bildirilib.

Görüş zamanı, həmçinin ölkələr arasında ticarət, iqtisadi, kənd təsərrüfatı, enerji, nəqliyyat, turizm və digər kimi sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. İnsanlararası əlaqələr, habelə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib, ADA Universiteti ilə Pakistanın Xarici Xidmət Akademiyası arasında münasibətlərin inkişaf etdirilməsi vurğulanıb.

Tərəflər görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdən sonra nazirlər "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında saziş" imzalayıblar.

Xəbər lenti
0