Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada bir gündə 566 nəfər koronavirusdan öldü

© AP Photo / Evgeniy MaloletkaТело человека, умершего от COVID-19
Тело человека, умершего от COVID-19 - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3471053-ə çatıb. Pandemiya yayılandan 63370 nəfər COVID-19-dan vəfat edib

 

BAKI, 13 yanvar — Sputnik. Son bir sutka ərzində Rusiyada 22850 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 566 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3471053-ə çatıb, indiyədək 63370 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 2854088-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 91,5 milyonu keçib, 1,96 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0