Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda koronavirus testi müsbət çıxan daha 15 nəfər vəfat etdi

© AFP 2024 / JENS SCHLUETERТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 898, bu günə qədər isə ümumilikdə 2 279 907 test icra olunub.

 

BAKI, 12 yanvar — Sputnik. Azərbaycanda son sutkada koronavirusa 519 yeni yoluxma faktı qeydə alınıb, 1 276 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 225 346 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 210 798 nəfər müalicə olunaraq sağalıb, 2 941 nəfər vəfat edib. Aktiv xəstə sayı 11 607 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 898, bu günə qədər isə ümumilikdə 2 279 907 test icra olunub.

Xəbər lenti
0