BAKI, 10 yanvar - Sputnik. ABŞ Milli Kino Tənqidçiləri Cəmiyyətinin versiyasına görə, Xloya Çjaonun "Köçərilərin torpağı" filmi 2020-ci ilin ən yaxşı filmi olub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Los Angeles Times yazır.
Kinolent digər nominasiyalarda da qələbə qazanıb. Çjao "Ən yaxşı rejissor" seçilib. İki "Oskar"a sahib Frensis Makdormand isə "Ən yaxşı aktrisa" nominasiyasında qalib gəlib. Makdormand işsiz Fernin obrazını yaradıb. Onun qəhrəmanı bir qarın yemək axtarışı ilə furqonla ölkəni dolaşır.
Xloya Çjao ssenari üçün Cessika Bruderin "Köçərilərin torpağı: Amerikada XXI əsrdə necə sağ qalmalı" kitabını seçib.
Ötən ilin sentyabrında "Köçərilərin torpağı" Venesiya kinofestivalında "Qızıl şir" mükafatını almışdı. Filmin dünya premyerası fevralda nəzərdə tutulub.
Akademyanın digər mükafatları isə bu şəxslərə nəsib olub: ən yaxşı aktyor oyununa görə Delroy Lindo ("Eyni qandan olan beş nəfər"), Mariya Bakalova ("Borat-2") və Pol Reysi "Metal cingiltisi"); ən yaxşı ssenariyə görə Eliza Hittman ("Heç vaxt, nadirən, bəzən, həmişə").
Ən yaxşı xarici film "Kollektiv" (Rumıniya), ən yaxşı sənədli film isə Qarret Bredlinin "Zaman"ı olub.