BAKI, 9 yanvar — Sputnik. Almaniyanın Luneburg Universitetinin alimləri səhər saatlarında havanın bütün gün iş əhval-ruhiyyəsini təsir edə biləcəyini düşünürlər.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmalara görə, insanın əhval-ruhiyyəsi pəncərəni açarkən gördüyü havadan çox asılıdır.
Araşdırmada 457 iş günü məlumatlarını verən 115 nəfər iştrika edib. Sınaq gündəlik metoduna əsaslanırdı. Belə ki, araşdırmanın iştirakçıları iştirakçılar gündə iki dəfə əhval-ruhiyyələrini qiymətləndirirdilər. Səhər saatlarında mövcud havanı ifadə edən bir simvol, axşam isə sağlamlığı qiymətləndirən bir işarə seçmək lazım idi.
Araşdırma zamanı müəyyən edilib ki, səhərlər hava nə qədər yaxşı olsa, işçilər o qədər məhsuldar olurlar. Hazırda elm adamları bu əlaqə mexanizmini müəyyənləşdirmək niyyətindədirlər.