CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblərdə sürücü hazırlanacaq - Azərbaycanda

© Sputnik / Murad OrujovВодитель за рулем
Водитель за рулем - Sputnik Azərbaycan
Abunə olmaq
2021-2022-ci tədris ilində peşə təmayüllü siniflərin sayının 50 məktəbdə 85 sinfə, şagirdlərin sayının isə 1700-ə çatdırılması planlaşdırılır.

BAKI, 8 yanvar — Sputnik. 2020-2021-ci tədris ilində "Peşə təmayüllü siniflərin təşkili" layihəsinin əhatə dairəsi daha da genişləndirilib. Hazırda layihə paytaxt və bölgələrdə 35 məktəb, 55 sinif, 1187 şagird və 165 müəllimi əhatə edir.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ötən tədris ilində layihə çərçivəsində dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası və santexnik, mebel quraşdırma, aqronom, dərzi peşə ixtisasları tədris edilirdisə, 2020-2021-ci tədris ilində qənnadıçı, bərbər, xalçaçılıq, İKT olmaqla, daha 4 peşə ixtisasının tədrisinə başlanılıb. Həmçinin cari ildən 20 məktəbdə STEAM metodologiyası tətbiq edilir. 2020-2021 tədris ilinin sonuna doğru isə 20 məktəbdə 417 şagird üçün "Sürücülük" modulunun tətbiqinə başlanacaq.

Финансовая отчетность - Sputnik Azərbaycan
Mühasiblər, sürücülər və xarici dil müəllimləri - özünüzə başqa peşə seçin

2020-2021-ci tədris ilində peşə təmayüllü siniflərdə dərs deyən müəllimlərinin bilik və bacarıqlarının artırılması məqsədilə btəlimlər təşkil edilib. Ümumilikdə təlimlərdə 210 nəfər iştirak edib. Peşə təmayüllü siniflərin iştirakı ilə bir sıra sosial layihələr də həyata keçirilib. 2021-2022-ci tədris ilində peşə təmayüllü siniflərin sayının 50 məktəbdə 85 sinfə, şagirdlərin sayının isə 1700-ə çatdırılması planlaşdırılır. Həmçinin 35 ümumi təhsil müəssisəsində 700 şagird üçün "Sürücülük" modulunun və STEAM metodologiyasının tətbiqi nəzərdə tutulur. Qeyd edək ki, X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.

Xəbər lenti
0