Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Jurnalistin avtomobili qarət edildi, amma cinayət işi açılmır

Abunə olmaq
Xatırladaq ki, analoji hadisə 2019-cu ildə də eyni ərazidə baş vermişdi. Həmin vaxt da jurnalistin avtomobili eyni ərazidə gecə saatlarında qarət edilmişdi

BAKI, 7 yanvar — Sputnik. Sumqayıt şəhərində jurnalist İlham Məmmədzadənin avtomobili qarət edilib.

Bu barədə Sputnik Azərbaycan-a o özü məlumat verib.

"Kimdirsə, jurnalisti daha imkanlı hesab edir. Son 2 ildə ikinci dəfədir ki, bu hadisə baş verir. Səbəbi isə çox sadədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsindən bu kimi hallara baxılmamasıdır. Polis rəsmi şəkildə bildirir ki, dəymiş ziyan 5 000 manatdan aşağı olduğu üçün cinayət işi açılmır. Vətəndaşın əmlakına basqın edilərək zərər vurulur, polis isə bildirir ki, dəymiş zərər az olduğundan cinayət işi açılmır. Sumqayıt sakinləri bilirlər ki, 36-ci məhəllə şəhərin mərkəzi hesab olunur. Görün indi şəhərin kənarında vəziyyət necədir", - deyən İ.Məmmədzadə qeyd edib ki, təqribən 10 gün öncə də qonşu məhəllədən bir dostunun avtomobili oğurlanıb.

Xatırladaq ki, analoji hadisə 2019-cu ildə də eyni ərazidə baş vermişdi. Həmin vaxt da jurnalistin avtomobili eyni ərazidə gecə saatlarında qarət edilmişdi.

Xəbər lenti
0