BAKI, 6 yanvar - Sputnik. Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İnqilab Nəsirov vəfat edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, hakim bir müddət əvvəl koronavirusa (COVID-19) yoluxub. O, bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.
İnqilab Nəsirov 2011-ci il yanvar ayının 1-dən Ali Məhkəmənin hakimidir.