BAKI, 5 yanvar — Sputnik. "Bizə əsirlikdə həkimlərin etdiyi hərəkətləri hələ də unutmuram. Həkimlər qolumu yandırırdılar, işgəncə verirdilər".
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Əliyev Anar Hidayət oğlu deyib.
"12 gün əsirlikdə oldum. Yatanda gəlib təpiklə vururdular ki, niyə yatmısan? Bir saat belə yata bilmirdim. Vətənə qayıtdığım üçün Ali Baş Komandana minnətdarlığımı bildirirəm", - deyə o əlavə edib.