BAKI, 5 yanvar — Sputnik. 2017-ci ildə Türkiyənin Trabzon vilayətinin Maçka rayonunda Türkiyə təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında baş verən çatışma nəticəsində həyatını itirən 15 yaşlı Eren Bülbülün həyatı ekranlaşdırılır.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Kəsişmə: Yaxşı ki, varsan Eren" filminin çəkilişlərinin ilkin hazırlıqları artıq başlayıb. Trabzonun Maçka rayonunda çəkiləcək ekran əsərinin rejissoru Mustafa Usludur. Hazırda Türkiyənin Qaradəniz bölgəsində Eren Bülbül rolunu canlandıracaq gəncin seçimləri davam edir. Rejissor Trabzon və Samsundan olan baş rol ifaçılığına namizəd üç yeniyetmə ilə sınaqların davam etdiyini, yaxın günlərdə seçilən adın ictimaiyyətə bildiriləcəyini deyib.
Filmdə həmçinin çatışmada şəhid olan jandarma əməkdaşı Fərhad Gedikin də həyatı canlandırılacaq. Fərhad Gedik rolunu tanınmış aktyor Uğur Günəş canlandıracaq.