Yaponiya sahillərinə güclü qar yağıb - metrlərlə ölçülür

© © Mandatory credit Kyodo/via REUTERSYaponiyda güclü qar
Yaponiyda güclü qar  - Sputnik Azərbaycan
Abunə olmaq
Yamaqata prefekturasının Okura kəndinə 251 santimetr, Niiqata prefekturasının Sunan şəhərinə isə 202 santimetr qalınlıqda qar yağıb.

BAKI, 3 yanvar - Sputnik. Güclü soyuq hava kütlələri və qış mövsümünə uyğun olan atmosfer təzyiqi Yapon dənizi boyunca yerləşən Tohoku, Hokuriku və Niiqata prefekturalarında güclü qar yağmasına səbəb olub.

Sputnik Azərbaycan Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bəzi yerlərdə qarın qalınlığı 2 metrə çatıb. Bazar günü həmin rayonlarda qarın yağmasının davam edəcəyi bildirilir.

Şənbə günü yerli vaxtla saat 12-yə olan məlumata görə, Yamaqata prefekturasının Okura kəndinə 251 santimetr, Niiqata prefekturasının Sunan şəhərinə isə 202 santimetr qalınlıqda qar yağıb.

Qarşıdakı 24 saat ərzində Niiqata prefekturasına daha 70 santimetr, Hokuriku regionuna isə 40 santimetr qar yağacağı proqnozlaşdırılır.

Yaponiya Meteorologiya Agentliyi sakinlərə evdən çıxmazdan əvvəl marşrut boyunca nəqliyyatın hərəkət etdiyini yoxlamağı tövsiyə edir.

Bununla yanaşı, əhalidən qar uçqunlarından, elektrik xətləri dirəklərində və ağaclarda toplanan qardan qorunmaq üçün ehtiyatlı davranmaq da xahiş olunur.

Xəbər lenti
0