Dünya şöhrətli modelyer vəfat edib

© AP Photo / Francois MoriПьер Карден
Пьер Карден - Sputnik Azərbaycan
Abunə olmaq
Moda dünyasının məşhuru Pyer Karden 98 yaşında Parisdəki xəstəxanalardan birində dünyasını dəyişib.

BAKI, 29 dekabr — Sputnik. Dünya şöhrətli modelyer Pyer Karden vəfat edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, dəb dünyasının məşhuru 98 yaşında Parisdəki xəstəxanalardan birində dünyasını dəyişib.

Pyer Karden 1922-ci ildə İtaliyada Venesiya yaxınlığındakı şəhərcikdə doğulub. Sənət karyerasına teatr rəssamı kimi başlayıb. 1940-cı ilin sonundan Kristian Diorun atelyesində işə başlayıb. Bir neçə ildən sonra isə şəxsi moda evini yaradıb.

Xəbər lenti
0