Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Maliyyə naziri: "Bu ilin sonunadək iqtisadiyyatın dörd faizədək kiçilməsi gözlənilir"

© REUTERS / PHIL NOBLEПокупатели с сумками в Честере, Великобритания
Покупатели с сумками в Честере, Великобритания - Sputnik Azərbaycan
Abunə olmaq
Qarşıdakı ildə ölkə iqtisadiyyatında aktivliyin artırılması üçün bir sıra tədbirlər nəzərdə tutulur. Büdcə layihəsində Prezidentin müəyyənləşdirdiyi hədəflərə xüsusi diqqət yetirilib.

BAKI, 24 dekabr — Sputnik. "Pandemiya dünya iqtisadiyyatına böyük zərər vurub və Azərbaycan da bu təsirlərə məruz qalıb, lakin görülmüş tədbirlər nəticəsində iqtisadiyyatın böyük itkilərə məruz qalmasının qarşısı alınıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zaman deyib.

O bildirib ki, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə pandemiya ilə mübarizə sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilib və keçirilməkdədir: "Çarpayı fondu artırılıb, yeni cihazlar, avadanlıqlar alınıb, yeni xəstəxanalar tikilib, xaricdən mütəxəssislər cəlb edilib. Xəstəliklə mübarizə üçün vaksinasiyaya artıq gələn ilin əvvəlindən başlanılacaq".

“Gələn il Azərbaycanda koronavirusla mübarizə tədbirlərinin gücləndirilməsi üçün 261 milyon manat vəsait ayrılacaq”-deyə o əlavə edib.

Nazir bildirib ki, bu ilin sonuna qədər Azərbaycan iqtisadiyyatının 4 faizə qədər kiçilməsi gözlənilir: "Qarşıdakı ildə ölkə iqtisadiyyatında aktivliyin artırılması üçün bir sıra tədbirlər nəzərdə tutulur. Büdcə layihəsində Prezidentin müəyyənləşdirdiyi hədəflərə xüsusi diqqət yetirilib."

O bildirib ki, başa çatmaqda olan 2020-ci il ölkəmizin dövlətçilik və müstəqillik tarixində Azərbaycan Prezidentinin rəhbərliyi ilə Ermənistan üzərində qazanılan parlaq siyasi qələbə və torpaqlarımızın işğaldan azad olunduğu il kimi yadda qalacaq: "Prezident İlham Əliyev xalqımıza zəfər sevinci yaşadıb. Şəhidlərimizin qanı və canı bahasına qarış-qarış düşmən tapdağından azad olunmuş Vətən torpaqlarında həyatın yenidən başlanması, geri dönəcək vətəndaşların əvvəlkindən də yaxşı yaşaması bu gün bizim ən ümdə vəzifəmizdir. Dövlət başçısının tapşırıqlarına əsasən, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiya olunması, öz doğma yurdlarına qayıdacaq vətəndaşlarına yaşaması üçün şəraitin təşkil edilməsinə xüsusi önəm veririk. Prezidentin tapşırığı ilə bu işlərə xüsusi vəsait ayrılıb".

Xəbər lenti
0