CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kim nə qədər alacaq - Milli Məclis müzakirələr aparır

© Photo : Milli MajlisMilli Məclisin iclası, arxiv şəkli
Milli Məclisin iclası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
2021-ci il dövlət büdcəsinin gəlirləri 25427,0 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci ilin proqnozu ilə müqayisədə 1303,0 milyon manat və yaxud 5,4 faiz çoxdur

BAKI, 23 dekabr — Sputnik. Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin büdcə zərfinə daxil olan sənədlər müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, büdcə zərfinə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında”, "İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcəsi haqqında”, "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri daxildir.

Müzakirələrdə maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, komitənin üzvləri və digər şəxslər iştirak edirlər.

Qeyd edək ki, 2021-ci il dövlət büdcəsinin gəlirləri 25427,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6 faizi həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1303,0 milyon manat və yaxud 5,4 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1208,9 milyon manat və yaxud 5,0 faiz çoxdur.

2021-ci il dövlət büdcəsinin xərcləri 28543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 faiz) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1050,8 milyon manat və ya 3,8 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4117,1 milyon manat və ya 16,9 faiz çoxdur.

Xəbər lenti
0