BAKI, 22 dekabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2284 yeni yoluxma faktı qeydə alınıb, 4392 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 205877 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 147199 nəfər müalicə olunaraq sağalıb, 2294 nəfər vəfat edib, aktiv xəstə sayı 56384 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15221, ötən müddət ərzində isə ümumilikdə 2088358 test aparılıb.