Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qadınların koronavirusla başqa dərdi var

© AFP 2024 / MARTIN BERNETTIОбразец мазки из носа для теста на коронавирус, фото из архива
Образец мазки из носа для теста на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın sağlamlığı üzrə mütəxəssis, terapevt həkim Luiza Nyuson bildirib ki, COVID-19-un uzun müddət davam edən başgicəllənməsi, yorğunluq, diqqətin pozulması kimi əlamətləri menopauza üçün də xarakterikdir

BAKI, 21 dekabr - Sputnik. Yüzlərlə qadın koronavirusun yeni nəticəsi ilə üz-üzə qalıb: menopauza vaxtından əvvəl başlayır.

Sputnik Azərbaycan bildirir ki, onların bu problemi haqda Daily Mail yazıb.

Tabloid yazır ki, Somersetdən olan 46 yaşlı Doun Nayt martda Tailanda səyahətdən qayıdarkən koronavirusa yoluxub. Həftələrlə öskürüb, boğulub və özünü zəif hiss edib. Eyni vaxta da aybaşı dövrü dayanıb.

"COVID-19-un əlamətləri dəhşətli idi, özü də aylarla sürdü, divandan güclə qalxırdım, odur ki, aybaşının olmamasına elə də diqqət yetirmədim", - qadın deyib.

Прохожие в медицинских масках на улице в Баку, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
İnsanlara yoluxmayan koronavirus tapılıb, özü də təbii

Bir neçə ay sonra məlum olub ki, Naytda COVID-19-un uzunmüddətli forması inkişaf edib - yəni o, başqaları üçün təhlükəli olmasa da, simptomların bəziləri qalmışdı. İyunda onda yeni ağırlaşmalar müşahidə olundu - nəbzi artdı, əllərində, ayaqlarında yanma hissi peyda oldu. Həkimə gedən qadının qan analizlərindən belə məlum oldu ki, estrogen, progesteron kimi reproduktiv hormonlar, eləcə də follikulları stimullaşdıran hormon (FSH) "postmenopauza" mərhələsindədir. "Həkim də mənə postmenopauza diaqnozu qoydu", - deyən Nayt bildirir ki, qohumlarındakı qadınlarda bu dövr ən azı 50 yaşında başlayıb. 

COVID-19-a yoluxan başqa qadınlarda eyni nəticə üzə çıxıb. Facebook səhifəsində uzun müddət COVID simptomları olan insanların qrupunda müzakirə aparan qadınlar aybaşının qəfildən kəsilməsi barədə məlumatlar veriblər. 100-dən çox qadının iştirak etdiyi sorğuda onların 80%-i menstrual dövrün ya dəyişdiyini, ya da tamamilə kəsildiyini bildirib.

Qadın sağlamlığı üzrə mütəxəssis, terapevt həkim Luiza Nyuson bildirib ki, COVID-19-un uzun müddət davam edən başgicəllənməsi, yorğunluq, diqqətin pozulması kimi əlamətləri menopauza üçün də xarakterikdir, bu isə hər iki hal arasında müəyyən əlaqənin olduğundan xəbər verir.

Xəbər lenti
0