Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml rus helikopterinin vurulması ilə bağlı hadisənin istintaqı barədə

© Sputnik Viktor Tolochko / Mediabanka keçidВертолет Ми-24
Вертолет Ми-24  - Sputnik Azərbaycan
Abunə olmaq
Peskov: "Moskva və Bakı bütün mövzularda müntəzəm şəkildə və konstruktiv dialoq vəziyyətindədir. Helikopterin vurulması ilə bağlı aparılan istintaqın gedişatı haqqında siz deyə biləcəyim bundan ibarətdir"

BAKI, 21 dekabr — Sputnik. Moskva və Bakı arasında bütün məsələlərlə bağlı sıx və konstruktiv dialoq aparılır. Sputnik Azərbaycan-ın Ria Novosti-yə istinadla yaydığı xəbərə görə, bu barədə Rusiya Federasiyası prezidentinin sözçüsü Dmitri Peskov açıqlama verib. Peskov bu fikri  jurnalistlərin rus helikopterinin vurulması ilə bağlı hadisənin istintaqı haqqında sualına cavab olaraq səsləndirib.

"Moskva və Bakı bütün mövzularda müntəzəm şəkildə və konstruktiv dialoq vəziyyətindədir. Helikopterin vurulması ilə bağlı aparılan istintaqın gedişatı haqqında siz deyə biləcəyim bundan ibarətdir", - Peskov jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, noyabrda 9-da Rusiya Müdafiə Nazirliyi bu ölkəyə məxsus Mi-24 təyyarəsinin döyüş bölgəsindən kənarda, Ermənistan ərazisi üzərində uçarkən vurulduğunu bəyan etmişdi. Nəticədə iki heyət üzvü ölmüş, bir nəfə isə orta dərəcəli bədən xəsarətləri ilə evakuasiya edilmişdi. Azərbaycan tərəfi Rusiya helikopterinin təsadüfən vurulduğunu etiraf edərək üzr istəmiş və Rusiyaya təzminat ödəməyə hazır olduğunu bildirmişdi. Hadisədən sonra Azərbaycanın Baş Prokurorluğu "tutduğu vəzifəyə səhlənkarlıqla yanaşma" maddəsi ilə cinayət işi açıb.

Xəbər lenti
0