CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantin rejimində Tərtərdə toy etdilər

© AR Ministry of Internal AffairsEvdə toy, arxiv şəkli
Evdə toy, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məclisin təşkilatçısı İ.İsmayılov və daha 2 nəfər barəsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.

BAKI, 21 dekabr — Sputnik. Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun məlumatına istinadla xəbər verir ki, Tərtər RPŞ əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Dəmirçilər kəndində kənd sakini İlqar İsmayılovun özünə məxsus fərdi yaşayış evində toy məclisi təşkil etdiyi müəyyən edilib.

Xəbər lenti
0