Cozef Borelin Azərbaycan və Ermənistan XİN başçıları ilə birgə görüşü alınmayıb

© AFP 2024 / KENZO TRIBOUILLARDФлаг Европейского Союза (ЕС), фото из архива
Флаг Европейского Союза (ЕС), фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Cozef Borel Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla birgə görüş təşkil etmək istəyib, lakin bu, mümkün olmayıb.

BAKI, 18 dekabr - Sputnik. Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel (Josep Borrell) Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla birgə görüş təşkil etmək istəyib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Cozef Borel özünün Twitter hesabında bəyan edib.

"Hər iki nazir (Azərbaycan və Ermənistan) mənimlə mütəmadi danışdıqları üçün Avropa İttifaqı, Azərbaycan və Ermənistanın iştirakı ilə üçtərəfli təmas qurmağa çalışdıq. Bu mümkün olmadı. Ona görə hər iki nazirlə ayrıca görüşəcəyəm”, - Aİ ali nümayəndəsi bildirib.

Borel Rusiyanın köməyi ilə Dağlıq Qarabağda əldə olunan atəşkəs razılaşmasının daha çox insan itkisinin qarşısını aldığını vurğulayaraq, buna tam əməl edilməli olduğunu qeyd edib.

"Ancaq keçən həftə, təəssüf ki, atəşkəsin pozulması ilə bağlı xəbərlər eşitdik. Atəşkəsə tam riayət edilməsi vacib şərt olaraq qalır", - Borel yazıb.

Xəbər lenti
0