BAKI, 14 dekabr — Sputnik. Bu il 1500 şəhid ailəsinə mənzil veriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. Onun sözlərinə görə, bu il artıq 1100-dən çox mənzil şəhid ailəsinə təqdim edilib: "Hazırda qalan ailələrə də mənzillərin verilməsi ilə bağlı işlər görülür. İlin sonuna qədər qalan mənzillər də şəhid ailələrinə təqdim ediləcək".
Şöbə müdiri bildirib ki, bu il həmçinin müharibə əlillərinə 400 avtomobilin verilməsi nəzərdə tutulur: "Artıq həmin ailələrin bəzilərinə avtomobillər təqdim olunub. İlin sonuna qədər bu rəqəm 400-ə çatdırılacaq".