Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: "Guya Dağlıq Qarabağın bölüşdürülməsi üçün Türkiyə ilə razılığa gəlmişik"

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidВизит делегации РФ в Азербайджан
Визит делегации РФ в Азербайджан - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin Moskvanın başqa ölkələrin işinə qarışması ilə bağlı ittihamlarına cavab verib

BAKI, 10 dekabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb Moskvanı başqa ölkələrin işinə qarışmaqda ittiham etmək üçün hələ çox bəhanə uydura bilər.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla yaydığı xəbərə görə, diplomat "Son zamanlar bizi Belarusun işinə qarışmaqda, Dağlıq Qarabağa yalnız Qərbə qarşı geosiyasi mövqelərimizi gücləndirmək üçün müdaxilə etməkdə günahlandırırlar. Guya bu bölgənin bölünməsi ilə bağlı Türkiyə ilə razılığa gəlmişik ki, təki Qərb orada öz mövqeyini gücləndirə bilməsin. Hazırda Avropa və ABŞ-da, xüsusən də Britaniya adalarında dominantlıq edən analitiklərin məntiqi və psixologiyası bundan ibarətdir", - deyə qeyd edib.

Onun sözlərinə görə, Moskva hadisələrin gedişatındakı hər cür dəyişikliyə hazırdır:

"Bu günlərdə oxudum ki, ABŞ Konqresi Rusiya və Belarusa qarşı sanksiya tətbiq olunmasını istəyir. Yalnız ona görə ki, Birlik Dövləti mövcuddur və bu, Belarus Respublikasında daha bir "rəngli inqilab "etmək istəyənlərin xoşuna gəlmir. Onların hələ sanksiyalar üçün çox bahənəsi olacaq, mən buna əminəm. Qərb yalnız bu bəhanələri axtarıb tapmağı deyil, həm də boş yerdən uydurmağı yaxşı bacarır. Qərbli həmkarlarımızın bu sahədəki qabiliyyətləri sərhəd tanımır".

Qeyd edək ki, bu ilin noyabr ayında ABŞ Nümayəndələr Palatası prezidentə Belarusun Mərkəzi Seçki Komissiyasının üzvlərinin və Amerikada hesab olunduğu kimi, mediaya təzyiq göstərən məmurların bu ölkəyə girişini məhdudlaşdırmaq səlahiyyəti verən qanun layihəsini dəstəkləyib. Konqresin internet saytında yer alan məlumata görə, qanun layihəsi Belarusa yardım imkanlarını da genişləndirir. Bu yardımlara "İnternet senzurasına qarşı" mübarizə, qadınlara və siyasi qaçqınlara dəstək üçün ayrılan vəsaitlər də daxildir.

Qanun layihəsi təsdiqlənərsə, ABŞ prezidenti Belarusun Mərkəzi Seçki Komissiyasına üzvü olan hər hansı bir xarici vətəndaşın, müstəqil KİV-lərə qarşı hərəkətlərdən məsul olan dövlət məmurunun, eləcə də KİV-lərə və ya insan haqlarının pozulmasına qarşı hərəkətlərdə fəal iştirak edən Birlik Dövlətinin rəsmisinin və yaxud hər hansı bir Rusiya vətəndaşının bu ölkəyə girişinə qadağa qoya bilər.

Xəbər lenti
0