Azərbaycanın işğal altındakı rayonları azad edildikcə Təhsil Nazirliyi əvvəllər Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olan ərazilərdəki məktəblər, şagirdlər və müəllim heyəti haqqında məlumat verməyə başladı.
Bu məlumatlara görə, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonlarında, eləcə də Şuşa şəhərində infrastruktur bərpa edildikdən sonra 555 orta ümumtəhsil müəssisəsi həmin ərazilərə qayıdacaq.
Hazırda bu məktəblər respublikanın müxtəlif bölgələrində müvəqqəti fəaliyyət göstərir - onlara məcburi köçkün məktəbləri də deyilir. Həmin məktəblərdə 11 mindən çox müəllim çalışır və təxminən 94 mindən çox şagird təhsil alır. 30 ilə yaxın işğal dövründə bəzi məktəblərdə şagirdlərin sayı kəskin artıb.
İşğaldan azad olunmuş rayonlarımızdakı məktəblər haqqında daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.