CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hikmət Hacıyev koronavirusa yoluxmuş hərbçilərimizin sayını açıqladı

© Photo : APAПомощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев
Помощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев - Sputnik Azərbaycan
Abunə olmaq
H.Hacıyev bildirib ki, hərbçilərimizi qorumaq, onlara lazımi tibbi yardımların göstərilməsi bizim müqəddəs vəzifələrimizdən biridir

BAKI, 8 dekabr — Sputnik. "Sentyabrın 27-dən səhiyyəmiz iki cəbhədə fəaliyyət göstərdi ki, onlardan biri də koronavirus cəbhəsi idi. Hazırda tibb məntəqələrində 919-dan artıq hərbçinin müalicəsi davam etdirilir".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

H.Hacıyev bildirib ki, hərbçilərimizi qorumaq, onlara lazımi tibbi yardımların göstərilməsi bizim müqəddəs vəzifələrimizdən biridir: "Bu səbəbdən də karantin rejimi 31 yanvaradək uzadılır".

Xəbər lenti
0