CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərbi xidmətdə olan müəllimlərə güzəşt ediləcək

© AR Ministry of EducationAzərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik: "Hərbi xidmətdə olduğu üçün hazırkı müsahibə mərhələsində iştirak edə bilməyən şəxslərdən ötrü növbəti dəfə keçiriləcək müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılacaq".

BAKI, 8 dekabr - Sputnik. Təhsil Nazirliyi hazırda hərbi xidmətdə olan və ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslərə güzəşt edir.

Sputnik Azərbaycan-ın məlumatına görə, hərbi xidmətdə olduğu üçün hazırkı müsahibə mərhələsində iştirak edə bilməyən şəxslərdən ötrü növbəti dəfə keçiriləcək müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılacaq.

Qeyd edək ki, dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start veriləcək.

Xəbər lenti
0