BAKI, 6 dekabr - Sputnik. Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 321 yoluxma halı qeydə alınıb, 42 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 162 475 nəfərə, ölənlərin sayı isə 1 504 nəfərə çatıb.
Virusa yoluxanlardan 133 511 nəfərin sağaldığı bildirilir.