CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

TƏBİB-dən açıqlama: İmmun plazmaya ehtiyac var

© Sputnik / Evgeny Biyatov  / Mediabanka keçidПакеты с плазмой, фото из архива
Пакеты с плазмой, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İndiyə qədər ölkəmizdə 180-ə yaxın vətəndaş donor olmaq üçün müraciət edib, onların 100 nəfərindən immun plazma toplanılaraq 238 xəstəyə köçürülüb.

BAKI, 30 noyabr — Sputnik. Mərkəzi Qan Bankı "Donor ol, həyat qurtar!" şüarı ilə yeni növ koronavirusdan (COVID-19) sağalmış xəstələrə müraciət edib. Müraciətdə bildirilir ki, onlar ağır xəstələrə donor ola bilərlər. Sputnik Azərbaycan-ın məlumatına görə, Qan Bankının müdiri, TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərovanın sözlərinə görə, hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xeyli xəstə var. Onların sağalması üçün immun plazma müalicəsi lazımdır: "COVID-19 xəstəliyini keçirərək sağalanlarda anticisimlər formalaşır. Anticisimlər həmin xəstələrin heç də hamısında formalaşmır. Anticisimlər olan xəstələrdən immun plazma toplanılaraq ağır xəstələrə köçürülür. 18 yaşdan 60 yaşadək hər kəsin xəstəliyi keçirəndən 14 gün sonra donor olması mümkündür, qadınlardan hamiləlik keçirməyənlər donor ola bilər. İndiyə qədər ölkəmizdə 180-ə yaxın vətəndaş donor olmaq üçün müraciət edib, onların 100 nəfərindən immun plazma toplanılaraq 238 xəstəyə köçürülüb".

Proses tamamilə ağrısız və təhlükəsizdir, immun plazma qapalı və steril şəraitdə toplanılır. Həmin müalicə üsulunun səmərəsi pandemiyanın birinci dalğası zamanı sübut olunub. Virusun yoluxma dinamikasına fikir verəndə görürük ki, infeksiyadan minlərlə sağalan var, amma nədənsə onlar bəzən bunu gizlədirlər. Mütəxəssislər deyirlər ki, sağalanlar tərəddüd etmədən digər xəstələrin xilaskarı ola bilərlər.

Xəbər lenti
0