QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiya sülhməramlıları Xankəndində hospital açıb

© Sputnik / Maksim Blinov / Mediabanka keçid Rusiya sülhməramlıların Xankəndində hospitalı
 Rusiya sülhməramlıların Xankəndində hospitalı - Sputnik Azərbaycan
Abunə olmaq
Hospitalda reanimasiya şöbələri, funksional diaqnostika, laboratoriya diaqnostikası, əməliyyat bölməsi, stomatologiya və oftalmologiya kabinetləri var

BAKI, 30 noyabr — Sputnik. Rusiya Müdafiə Nazirliyi Xankəndidə səhra hospitalı yaradıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Pnevmokarkas modulların yerləşdirilməsi başa çatıb. İlk növbədə biz sülhməramlı kontingentin tibbi təminatını həyata keçirəcəyik. Biz dinc əhaliyə də yardım etməyə hazırıq. Öz fondumuz hesabına 40-a qədər insanı hospitalda yerləşdirə bilərik", - deyə tibbi bölmənin rəisi Yaroslav İvanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hospitalda reanimasiya şöbələri, funksional diaqnostika, laboratoriya diaqnostikası, əməliyyat bölməsi, stomatologiya və oftalmologiya kabinetləri var: "Hospitalda süni nəfəs aparatı, UZİ və rentgen cihazları da var".

Xəbər lenti
0