Türkiyə Avropa Parlamentinin qərarına sərt cavab verdi

© AFP 2023 / OZAN KOSEФлаг Турции, фото из архива
Флаг Турции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Türkiyə həm öz hüquqlarını, həm də Kipr türklərinin hüquqlarını heç bir təhdid və şantaja boyun əymədən qətiyyətli şəkildə qorumağa davam edəcək. Eyni zamanda dialoq və danışıqlar istiqamətində səylərini davam etdirəcək".

BAKI, 27 noyabr — Sputnik. Avropa Parlamentinin Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsinə Türkiyə Xarici İşlər Nazirliyindən cavab gəlib.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy məsələ ilə əlaqədar açıqlama verib: "Avropa Parlamentinin qəbul etdiyi tövsiyə xarakterli qərarını bütünlüklə rədd edirik. Bu qərar Avropa Parlamentinin bir daha Kipr məsələsində nə qədər qərəzli olduğunu göstərir. Belə yanaşma və düşüncə tərzi davam edərsə, Avropa İttifaqı qurumlarının Kipr məsələsinin həllinə konstruktiv töhfə verməsi mümkün deyil. Bu addımlar nə Avropa İttifaqının ümumi maraqlarına, nə Kipr probleminin həllinə, nə də qonşuluq münasibətlərinin yaxşılaşdırılmasına xidmət etmir".

"Türkiyə həm öz hüquqlarını, həm də Kipr türklərinin hüquqlarını heç bir təhdid və şantaja boyun əymədən qətiyyətli şəkildə qorumağa davam edəcək. Eyni zamanda dialoq və danışıqlar istiqamətində səylərini davam etdirəcək", - deyə o bildirib.

Заседание Европейского парламента  - Sputnik Azərbaycan
Avropa Parlamenti Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul etdi

Qeyd edək ki, Avropa Parlamenti Avropa İttifaqı üzv dövlətlərini Aralıq dənizindəki davranışına görə Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib. Sənədlə bağlı səsvermə Avropa Parlamentinin Brüsseldəki plenar iclasında baş tutub.

Bildirilir ki, qətnaməyə 631, əleyhinə 3 deputat səs verib. "Parlament üzvləri Avropa Şurasını Türkiyənin qanunsuz fəaliyyəti ilə bağlı vahid mövqe tutmağa və buna cavab olaraq sərt sanksiyalar tətbiq etməyə çağırırlar", - sənəddə deyilir.

Qətnamə Türkiyənin Kiprin şimalındakı keçmiş Varoşa kurort zonasını açmaq qərarının bu problemin həlli perspektivlərini sarsıtdığını vurğulayır.

Eyni zamanda sənəddə Ankaranın Aralıq dənizi, Liviya və Suriyadakı hərəkətləri sayəsində Avropa İttifaqı ilə Türkiyə arasındakı münasibətlərin "tarixi minimuma" çatdığı qeyd edilir. Avropa İttifaqı və Türkiyə münasibətləri 10-11 dekabr sammitində diqqət mərkəzində olan mövzulardan biri olacaq.

Xəbər lenti
0