CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fransa Senatına etiraz üçün xüsusi komissiya yaradılır

© AFP 2024 / THOMAS COEXСенат Франции, фото из архива
Сенат Франции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclis Fransa Senatında qəbul edilmiş "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnamə təkliflə bağlı bəyanat verəcək

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. "Təklif var ki, Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatının mətnini hazırlamaq üçün komissiya yaradaq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, komissiyanın sədri Səməd Seyidov, komissiyanın üzvləri Cavanşir Feyziyev, Əminə Ağazadə, Fazil Mustafadır.

Qeyd edək ki, Milli Məclis Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatını müzakirə edir. Milli Məclis Fransa Senatında qəbul edilmiş "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnamə təkliflə bağlı bəyanat verəcək.

Xatırladaq ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Xəbər lenti
0