Hərbi Dəniz Qüvvələrinin gənc matrosları and içdi: Vətənə sadiq olacağıq

Abunə olmaq
Noyabrın 15-də Hərbi Dəniz Qüvvələrində gənc matrosların andiçmə mərasimi keçirilib. Gənc matroslar təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

BAKI, 15 noyabr - Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, noyabrın 15-də Hərbi Dəniz Qüvvələrində gənc matrosların andiçmə mərasimi keçirilib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc matroslar təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Sonda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

Xəbər lenti
0