BAKI, 12 noyabr - Sputnik. Şuşanın işğaldan azad edildiyi xəbərini eşidəndə sevindiyim kimi, 40 ildir sevinməmişdim.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu keçirdiyi onlayn brifinq zamanı bildirib.
O qeyd edib ki, dədə-baba yurduna yenidən qayıtmaq böyük sevincdir.
"Şuşada ata evimiz dağıdılıb, indi əsas məqsədim bu evi bərpa etmək, atamın doğulduğu, uşaq olanda olduğum o torpağı öpməkdir. İlk fürsətdə oraya gedəcəyəm. Həm də orada işlərim çoxdur, işin qızğın vaxtıdır. Bir az imkan yaranan kimi mütləq Şuşaya gedəcəyəm", - deyə səfir bildirib.