QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan ordusunun törətdiyi cinayət faktları üzrə 52 cinayət işi başlanıb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidBərdədə vəziyyət
Bərdədə vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Kamran Əliyev: Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayət faktları üzrə 52 cinayət işi başlanıb.

BAKI, 30 oktyabr — Sputnik. Sentyabrın 27-dən oktyabrın 30-dək Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayət faktları üzrə 52 cinayət işi başlanmaqla istintaq olunur. Bu cinayət işlərindən 45-nin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılır. Onlardan 39 cinayət işi raket zərbələrinin əhalinin yaşadığı məntəqələrə və strateji obyektlərə vurulması, 5-i muzdluların Dağlıq Qarabağda döyüş əməliyyatlarında iştirak etməsi, 1-i isə tarixi abidələrin məhv edilməsi və ekologiyaya qarşı cinayətlərlə bağlıdır. Ümumilikdə muzdluların döyüş əməliyyatlarında iştirakı və əsir düşmüş hərbçilərə qarşı qeyri-insani rəftarlarla bağlı 3 cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətinin Baş istintaq idarəsi, 4 cinayət işi isə Hərbi Prokurorluq tərəfindən istintaq olunur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev oktyabrın 30–da Baş Prokurorluqda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunan diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün təşkil olunan brifinqdə məlumat verib.

Baş prokuror bildirib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində indiyədək mülki şəxslərdən 91 nəfər həlak olub, 400 nəfər isə xəsarət alıb. Həlak olmuş dinc sakinlərin 1-i körpə, 10-u uşaq, 27-si qadın, 53-ü kişi, 15-i ahıl şəxsdir. Yaralanlardan isə 14-ü körpə, 36-sı uşaq, 101-i qadın, 249-u kişi, 45-i ahıl şəxsdir. Yaralananlardan 43-nün vəziyyəti ağır, 357-sinin vəziyyəti isə sabitdir. Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2442 ev, 92 çoxmənzilli yaşayış binası və 428 mülki obyekt yararsız vəziyyətə düşüb.

Qeyd olunub ki, döyüş meydanında məğlub olaraq geri çəkilən düşmən cəbhə xəttindən onlarla kilometr məsafədə yerləşən Gəncə (100 km), Mingəçevir (80 km), Bərdə (50 km), Qəbələ (150 km) şəhərlərini, Bakı-Tbilisi-Ceyhan (80 km), Bakı-Novorossiysk (250 km) neft kəmərlərini və Oğuz-Qəbələ-Bakı (150 km) su kəmərini də atəşə tutub. Bu ərazilər döyüş bölgəsində yerləşmir və həmin ərazilərdə hər hansı hərbi obyekt yoxdur.

Xəbər lenti
0