QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Məşhur qazax yazıçısı Ermənistanın cinayətlərinə görə Minsk qrupunu qınadı

© Sputnik / Murad OrujovКазахстанский поэт, писатель, общественный и политический деятель, Олжас Сулейменов
Казахстанский поэт, писатель, общественный и политический деятель, Олжас Сулейменов - Sputnik Azərbaycan
Abunə olmaq
Oljas Süleymenov: "Beynəlxalq hüquqda da şəhərləri raket atəşinə tutmaq qadağandır. Ermənistan isə bu müddəanı kobud şəkildə pozur".

BAKI, 28 oktyabr — Sputnik. Qazaxıstanın tanınmış yazıçısı, ictimai xadim, diplomat, Azərbaycanın "Dostluq" və "Şöhrət" ordenləri ilə mükafatlandırılmış Oljas Süleymenov Azərbaycan xalqına müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, yazıçı bu tarixi günlərdə Azərbaycanın yanında olduğunu bildirib:

"Bu yaxınlarda Moskvadan gələn bir jurnalist mənimlə söhbət etdi. Sual verməzdən əvvəl qayıtdı ki, siz əlbəttə ki, Azərbaycanın tərəfindəsiniz. Dedim Azərbaycan futbol komandası deyil ki, onun tərəfdarı olum. Azərbaycan mənim doğma ölkəmdir, qardaş xalqdır. Bu böyük xalqın təəssübünü çəkirəmsə, bunu ürəkdən, səmimi qəlbdən çəkirəm. Vaxtilə, hələ sovet dövründə Bakıda, Gəncədə, Şuşada, Füzulidə gözəl günlərimiz olub. O vaxtlar oralara sərbəst gedib-gəlmək olurdu. İndi də orada baş verənlərdən xəbərim var. 30 ildir hamımız bu ağrı-acılarla yaşayırıq. 80-ci illərin sonu, 90-cı illərin əvvəlindən başlayan faciələr hamımızı kədərləndirir. Qara Yanvar günlərində də orada olmuşdum".

O.Süleymenovun fikrincə, bu gün baş verənlər ATƏT-in Minsk qrupunun səriştəsizliyinin nəticəsidir: "Əfsuslar olsun ki, bu 30 il ərzində onlar heç bir iş görmədilər. Ona görə də Azərbaycan məcbur olub özü torpaqlarını azad etməyə başladı. Gəncəyə raket atıldığını eşidəndə, sözsüz ki, çox narahat oldum. Bu, qəti qadağan olunan hücumdur, xalis təxribat əməlidir. Beynəlxalq hüquqda da şəhərləri raket atəşinə tutmaq qadağandır. Ermənistan isə bu müddəanı kobud şəkildə pozur".

Daha sonra qazaxıstanlı yazıçı qeyd edib:

"Ümidvaram ki, 30 ildir işğal altında olan torpaqlar azad olunacaq. Həmçinin Minsk qrupunun da Azərbaycanın öz torpaqları uğrundakı bu mübarizəsinə, öz gücü ilə azad etməsinə layiqincə qiymət verəcəyinə inanıram. Doğma Azərbaycana uğurlar, torpaqlarına əmin-amanlıq arzulayıram. Azərbaycan xalqına sevgimi, rəğbətimi bildirir, sülh və əmin-amanlıq, işıqlı günlər diləyirəm".

Xəbər lenti
0