Oktyabrın 23-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, ABŞ münaqişənin gərgin mərhələsində öz rolunu dəqiqləşdirmək və düzəlişlər etmək niyyətindədir:
“Mayk Pompeo Ceyhun Bayramovla cari vəziyyəti və birgə addımların atılması haqqında müzakirələr aparacaq. ABŞ Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həlli üçün təsirli rola malikdir. Bu görüş Minsk qrupunun sonrakı fəaliyyətinə də müsbət təsir edə bilər”.
Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks-hücum əməliyyatına başlayıb.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz