QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan XİN Gəncə cinayətinə görə dövlət məsuliyyətini inkar etməyə çalışır - Hacıyev

© Photo : APAПомощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев
Помощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев - Sputnik Azərbaycan
Abunə olmaq
​Oktyabrın 17-də təxminən 00:52-də Ermənistan ordusu Gəncə və Mingəçeviri raket atəşinə tutub, ilkin məlumata görə, 5 nəfər həlak olub, 35 nəfər yaralanıb. Ölənlərdən ikisi uşaqdır.

BAKI, 17 oktyabr - Sputnik. "Ballistik raketlər Ermənistan ərazisindən Gəncə şəhərinə qarşı atılıb. Şəhər döyüş bölgəsindən çox uzaqdır. Hərbi zərurət yox idi".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

"Ermənistanın Xarici İşlər Nazirliyi bu mənfur müharibə cinayətlərinə görə dövlət məsuliyyətini inkar etməyə çalışır", - deyə  H.Hacıyev Twitter-də yazıb.

​Oktyabrın 17-də təxminən 00:52-də Ermənistan ordusu Gəncə və Mingəçeviri raket atəşinə tutub, ilkin məlumata görə, 5 nəfər həlak olub, 35 nəfər yaralanıb. Ölənlərdən ikisi uşaqdır.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Oktyabrın 12-də isə yaralı şəxslərdən biri, 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.

 

Xəbər lenti
0